“Footy Headlines” portalı İngiltərə millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatında çıxış edəcəyi ev formasının fotosunu dərc edib.

Rekord.az xəbər verir ki, ağ rəngin üstünlük təşkil etdiyi formanın çiyin hissəsi tünd mavi və açıq mavidir.

Qeyd edək ki, DÇ-2022-də İngiltərə İran, ABŞ və Uelslə birlikdə B qrupunda mübarizə aparacaq.