İngiltərə millisinin və "Roma"nın futbolçusu Tommi Abraham yığmanın bu ay İsveçrə və Fil Dişi Sahili ilə keçirəcəyi yoldaşlıq oyunlarını buraxacaq. 

Rekord.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

24 yaşlı hücumçu belində ağrılar hiss edir. Bu səbəbdən də o, klubu tərk etməyəcək və millinin düşərgəsinə qatılmayacaq. 

Qeyd edək ki, İngiltərə millisi martın 26-sı İsveçrə ilə, 29-u isə Fil Dişi Sahili ilə qarşılaşacaq.