
İngiltərə klubunun yetirməsi “Karvan”da
- 01:03
- 38
2025/2026 mövsümündən etibarən Premyer Liqada iştirak etmək hüququ qazanan "Karvan" növbəti transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, Yevlax təmsilçisi İngiltərənin "Kristal Pelas" kollektivinin yetirməsi olan Kayl Spensi sıralarına cəlb edib.
Hücumameyilli yarımmüdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.
O, son olaraq Şimali İrlandiyanın “Kolreyn” klubunda forma geyinib. 28 yaşlı futbolçu burada 22 oyun keçirib 1 qol vurub və 1 məhsuldar ötürmə verib.