
İngiltərə klubunda yeni qapıçı
- 01 Avq 2025 21:30
- 37
İngiltərə Premyer Liqasına vəsiqə qazanmış "Sanderlend" yeni qapıçı transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlanın "Neymegen" komandasında çıxış edən Robin Rufs heyətə cəlb olunub. 22 yaşlı futbolçunun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Rufs "Neymegen"də 42 oyun keçirib və 13 matçda qapısını toxunulmaz saxlayıb.