
İngiltərə klubunda paraqvaylı futbolçu ilə yeni müqavilə
- 25 Fev 2023 10:00
- 368
“Nyukasl” yarımmüdafiəçisi Migel Almironla yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub.
Paraqvay yığmasının da üzvü olan Almiron “Nyukasl”da 2019-cu ildən forma geyinir. O, bu komandanın heyətində 152 oyuna 24 qol vurub.