“Sauthempton”un müvəqqəti baş məşqçisi Ruben Selles cari mövsümün sonuna qədər komandanın başında olacaq.

Rekord.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin işi və fikirləri klub rəhbərliyini razı salıb.

Premyer Liqa təmsilçisi fevralın 12-də 50 yaşlı Neytan Consla yollarını ayırıb. Komanda müvəqqəti olaraq daha əvvəl Azərbaycanda da işləmiş ispaniyalı Ruben Sellesə tapşırılıb. 40 yaşlı Selles 2022-ci ildə də bir müddət Premyer Liqa təmsilçisinə rəhbərlik etmişdi.

O, 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.