İngiltərə klubu mərakeşli futbolçu transfer etdi
- 30 Avq 2024 14:45
- 166
Belçikanın “Genk” klubunun yarımmüdafiəçisi Bilal Əl-Hannus İngiltərə təmsilçisi “Lester”lə müqavilə imzalayıb.
Rekord.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərakeş millisinin 20 yaşlı futbolçusu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
"Transfermarkt" portalı sövdələşməni 20,5 milyon avro qiymətləndirir.
Əl-Hannus ötən mövsüm 51 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Mərakeş millisinin heyətində Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.