İngiltərə Premyer Liqasının bütün klubları 28-ci turun görüşlərində Ukraynaya dəstəklərini nümayiş etdirirlər. 

Rekord.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Çempionatın bütün iştirakçı komandalarının kapitanları matçlara Ukrayna bayrağının rəngləri olan kapitanlıq sarğıları ilə çıxırlar. 

Qeyd edək ki, fevralın 24-də Rusiya və Ukrayna arasında müharibə başlayıb.