Premyer Liqada vəsiqə qazanan və əcnəbi məşqçi gətirən "İmişli" məşqlərini I Liqadanq alan formalarla etməsi ilə diqqət çəkdi və qınandı.

Rekord.az xəbər verir ki, bölgə təmsilçisi dünən "Sumqayıt"la yoxlama matçına da elə həmin formalarla çıxmışdı.

Oyundan sonra klub rəsmləri ilə söhbət zamanı öyrəndik ki, "İmişli" yaxın günlərdə bu dərddən qurtulacaq. Belə ki, sabah komandanın yeni geyim dəstələri gələcək və yeni həftədən komanda yeni formalarla məşqə çıxacaq.