Böyük ehtimalla "İmişli" bu mövsümün qalan ev oyunlarını da qonşu Saatlıda keçirməli olacaq.

Rekord.az-a daxil olan məlumata görə, PFL İmişli stadionunun son durumu ilə növbəti dəfə maraqlanıb və arenanın hələ də oyunlar qəbul etməyə hazır olmadığı üzə çıxıb.

Xüsusilə ot örtüyünü mövsümün sonuna kimi normal duruma salmaq mümkün olmayacaq.  Apreldə hər ehtimala qarşı yenidən arenaya baxış keçirilə bilər. Lakin bizə çatan məlumata görə, "İmişli"nin bu mövsüm İmişlidə oynaması mümkün görünmür.