"Sumqayıt"la dünənki yoxlama matçından sonra "İmişli"nin baş məşqçisi Xorxe Kaskilya ilə hazırlığın gedişi, komandadakı hədəfləri, ilkin təəssüratları haqda söhbətləşmək istədik.

Rekord.az xəbər verir ki, klubun meneceri istəyimizi portuqaliyalı məşqçiyə çatdırdı.

Lakin maraqlıdır ki, Kaskilya açıqlama verməkdən imtina etdi. Onun hansı səbəbdən bu addımı atması məlum olmadı.