
“İmişli”dən yeni transfer
- 17 İyl 2025 22:47
- 40
"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Ezekiel Morqanı transfer edib. Mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. O, daha öncə "Karvan"dan ayrılmışdı.
"İmişli" daha öncə Ronaldo Rodriqes, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vyeqas və Hüseynəli Quliyevi də transfer edib.