I Divizionda çıxış edəcək "İmişli" komandaya futbolçu qəbulunu yekunlaşdırıb.

Rekord.az xəbər verir ki, baş məşqçi Ruhid Usubov baxışa gələn bütün futbolçuları da sınaqdan çıxardıb.

Artıq heyət tam komplektləşib və komandaya yeni futbolçu götürülməyəcək. Hazırda "İmişli" avqustun 25-də yeni mövsümün ilk turu çərçivəsində Qəbələdə "Qəbələ-2" ilə keçirəcəyi oyuna hazırlaşır.