"İmişli", "Kəpəz" və "Turan Tovuz", hətta ola bilsin qısa müddət "Karvan" da yeni mövsümün müəyyən hissəsinin ev oyunlarını başqa stadionlarda keçirsin.

Rekord.az xəbər verir ki, buna səbəb sözügedən komandaların öz stadionlarının hələ də hazır olmamasıdır.

Ancaq burada bir məsələ var. Tovuz, Gəncə və Yevlax stadionlarında hazırda qızğın iş getdiyi halda, İmişli stadionunda loru desək, "tık" da yoxdur. Yəni tam sakitçilikdi. Klub rəhbərliyi bunu mülkiyyət probleminin həll olunmaması ilə izah edir. Amma istənilən halda, səbəb nəticəni dəyişmir. Fakt odur ki, hazırda İmişli stadionunda heç bir təmir işi aparılmır və nə vaxt aparılacağına dair də heç bir məlumat yoxdur.