Xəbər verdiyimiz kimi, İmişli stadionu yararsız vəziyyətdə olduğundan I Divizionda mübarizə aparan "İmişli" ev oyunlarını qonşu Saatlıda keçirməyə məcbur olub.

Lakin Rekord.az-a daxil olan məlumata görə, problem ilin sonuna kimi həllini tapacaq.

Klub rəhbərliyi yerli icra hakimiyyəti ilə birlikdə, tribunalara və qazona əl gəzdirir. Arenanın işığa və suya olan borcu qismən ödənib. Soyunub-geyinmə otaqlarına da kosmetik əl gəzdirilməkdədir. Əgər işlər qısa zamanda sona çatdırılsa, "İmişli" qışa kimi doğma meydançaya qayıda biləcək.