"İmişli" yay hazırlıq toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib.


Rekord.az xəbər verir ki, bu gün bölgə təmsilçisi "Sabah"ın əvəzedici komandası ilə qarşılaşıb. 


Matç "İmişli"nin 2:1 hesablı qələbəsi ilə bitib. 


"İmişli" bunadək "Araz-Naxçıvan"ın əvəzedici komandası üzərində də 2:1 hesablı qələbə qazanmış, "Sumqayıt"la isə qolsuz heç-heçə etmişdi.