
"İmişli" Qubada problemlə üzləşdi
- 21 İyl 2025 15:00
- 515
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "İmişli" öz stadionu hazır olana kimi, ev oyunlarını Qubada keçirmək istəyir.
Rekord.az xəbər verir ki, bununla bağlı PFL də məlumatlandırılıb və sözügedən qurum Quba stadionuna baxış keçirib qərar verəcək.
Lakin "İmişli" üçün başqa problem də yaranıb. Bu da Quba Olimpiya Kompleksinin rəhbərliyinin İmişli təmsilçisindən bir oyun üçün yüksək miqdarda icarə haqqı istəməsidir. Əldə etdiyimiz məlumata görə, klubda bir ev oyunu üçün 2 min manat icarə haqqı istənilib. "İmişli" rəhbərliyi ilə məbləğin aşağı salınmasını istəyir.