
İmişli mövsümün sonuna kimi Saatlıda oynayacaq?
- 24 Fev 2023 18:11
- 430
İmişli stadionu hələ də I Divizion matçlarını qəbul etməyə hazır deyil.
Rekord.az xəbər verir ki, arenaya baxış keçirən PFL rəsmləri bir sıra qüsurlar aşkarlayıb ki, bu haqda da sizi məlumatlandırmışdıq.
Bu səbəbdən "İmişli"yə rəqiblərini doğma meydançada qəbul etməyə icazə verilməmişdi və onlar ev oyunlarını Saatlıda oynamaqda davam edəcək.
Saytımıza daxil olan məlumata görə isə, böyük ehtimalla "İmişli" mövsümün sonuna kimi rəqiblərini Saatlıda qəbul edəcək.