"İmişli" braziliyalı müdafiəçisi ilə yollarını ayırdı
- 17:00
- 40
"İmişli" daha bir futbolçusu ilə vidalaşıb.
Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirlib.
Klub 32 yaşlı braziliyalı müdafiəçi Rafael Vieqaşla yolları ayırıb.
Sözügedən klub qapıçısı Hüseynəli Quliyevlə də yolları ayırdığını açıqlayıb. Qolkiper karyerasını "Zirə"də davam etdirəcək. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu daha əvvəl "Sumqayıt" və "Səbail"də də çıxış edib.
"İmişli" Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü 34 xalla 9-cu pillədə başa vurub.