
"imarət"də son.. (un) başlanğıcı!
- 11:00
- 135
1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan Respublikasının müstəqil futbol çempionatı təşkil olundu.
Rekord.az xəbər verir ki, "Qarabağ" "Neftçi" ilə bərabər ilk çempionatdan başlayaraq indiyə qədər keçirilən çempionatların hamısında iştirak edən iki klubdan biridir.
Təbii ki, müstəqillik illərində "Qarabağ"ın ağır günləri də az
olmayıb. Azərbaycan tarixinin ən qara günlərdən biri olan Ağdam şəhərinin
işğalı günü (23 iyul 1993-cü il) "Qarabağ" komandasının tarixində də
ən qara gündür - həmin tarixdən etibarən komanda 27 il "qaçqın klub" kimi
fəaliyyət göstərib.
Qeyd edək ki, 1992-1993-cü illərdə rəqiblərini Ağdamda qəbul edən “Qarabağ”
burada 28 oyun keçirib. “Qarabağ” Ağdamda keçirdiyi son 22 matçda qalib gəlib. "İmarət"lə bağlı digər maraqlı məqamları sizin də diqqətinizə çatdırırıq.
"İmarət"də son...
* ... son oyun — “Qarabağ” – “Turan” 1:0 (Azərbaycan kubokunun yarımfinalı,
12.05.1993)
* ... son qol — Yaşar Hüseynov (“Qarabağ” – “Turan” 1:0, Azərbaycan kubokunun
yarımfinalı, 12.05.1993)
* ... son fiti çalan hakim — Rüstəm Rəhimov (“Qarabağ” – “Turan” 1:0,
Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)
* ... son sarı vərəqə — Vəli Hüseynov (“Qarabağ” – “Turan” 1:0, Azərbaycan
kubokunun yarımfinalı, 12.05.1993)
* ... son çempionat oyunu — “Qarabağ” – “Xəzər” (Sumqayıt) 1:0 (09.05.1993)
* ... son qırmızı vərəqə — Aqil Məmmədov (“Qarabağ” – “Xəzər” (Sumqayıt) 1:0,
09.05.1993)
* ... son penalti — Mehman Alışanov (“Qarabağ” – “Xəzər” (Sumqayıt) 1:0,
09.05.1993)
* ... qonaqların son qolu — Samir Ələkbərov (“Qarabağ” – “Neftçi” 2:1,
Azərbaycan kubokunun ¼ finalı, 28.04.1993)
* ... son heç-heçə — “Qarabağ” – “Kəpəz” 0:0 (24.06.1992)(Bu oyundan
"Kəpəz" imtina etmişdi.)
* ... son məğlubiyyət — “Qarabağ” – “İnşaatçı” (Sabirabad) 1:2
27 sentyabr 2020-ci ildə Azərbaycan ordusunub başlatdığı anti-terror əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən də Ağdam işğaldan azad olundu. Ən qısa zamanda isə bu rayonda qurucluq işlərinə start verildi. Hazırda "İmarət" yenidən qurulur. 11700 nəfərlik tamaşaçı tutumuna malik arenanın gələn il hazır olacağı gözlənilir və bundan sonra "Qarabağ" rəqiblərini yenidən doğma stadionda qəbul edəcək. Necə deyərlər, hər sonun bir başlanğıcı olur...