
İlon Maskın “Mançester Yunayted” zarafatı
- 17 Avq 2022 19:30
- 450
Amerikalı milyarder İlon Mask “Mançester Yunayted”i almaq niyyəti ilə bağlı açıqlamasının zarafat olduğunu deyib.
Rekord.az xəbər verir ki, o, açıqlamasında bunları yazıb:
“Twitter”də yazdığım hər şey zarafatdır. Klub almayacağam. Lakin klub almağa qərar versəydim, “Mançester Yunayted”i seçərdim. Çünki uşaqlıqdan bəri sevimli komandamdır”.
“Mançester Yunayted” klubu 2005-ci ilin mayında onu satın alan və 2014-cü ilin mayında vəfat edən amerikalı iş adamı Malkolm Qleyzerin varislərinə məxsusdur.
Mask avqustun 17-də “Twitter” hesabında İngiltərə klubunu almağa hazırlaşdığını yazmışdı.