
İlkayla Avropanın iki nəhəngi maraqlanır
- 10 İyn 2022 11:46
- 491
"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan bu yay klubu tərk edə bilər.
Rekord.az "Bild"ə istinadən xəbər verir ki, türkəsilli alman futbolçu ilə "Barselona" və "Yuventus" maraqlanır. İlkayın hər iki klubun axtardığı yarımmüdafiəçi olduğu vurğulanıb.
Qeyd edək ki, İ.Gündoğan "Siti"nin heyətində ötən mövsüm bütün yarışlarda 43 oyuna çıxıb, 10 qol vurub və 6 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi gələn ilin yayı başa çatır.