Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.


Rekord.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gəlib.


Skopyedə keçirilən qarşılaşma rəqibin 87:49 hesablı qələbəsi ilə bitib.


Yığmamız noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.