Futzal üzrə Yüksək Liqada XIV turun təyinatları müəyyənləşib. 

Rekord.az xəbər verir ki, ilin son turunun qarşılaşmalarını idarə edəcək hakimlərin adları açıqlanıb.

Tur iki gün ərzində keçiriləcək. Start fiti dekabrıın 25-də Qubadakı ADİU-nun İdman Kompleksində səslənəcək. Qalan oyunlar ertəsi gün Olimpik Starda baş tutacaq.

Yüksək Liqa
XIV tur

25 dekabr

14:00. "Premier" (Quba) – "Araz"
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov

26 dekabr

12:00. "Yasamal" İSK – "Xızı Futzal"
Hakimlər: Azad Hüseynov, Elman Musayev, İsgəndər Əliyev

14:00. "Baku Fire" – "Neftçi" İK
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Fuad Həsənov

16:00. "Bakı" TFK – "Marafon"
Hakimlər: Hikmət Qafarlı, Nail Nğıyev, Xəlil Xəlilov

18:00. "Record club" – EKOL
Hakimlər: Azər Əsgərov, Vaqif Musayev, Mahir Məmmədov