"Region Liqası"nın iddialı komandalarından olan "Xan Lənkəran" heyətini daha bir təcrübəli futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Lənkəran təmsilçisi Məhəmməd Xəlilovu heyətinə qatıb.

Qeyd edək ki, Məhəmməd vaxtı ilə "Neftçala"nın heyətində iki dəfə I Divizionin çempionu adını qazanıb.