“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
- 18:30
- 30
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, türkmən mütəxəssis 2:1 hesablı qələbə qazandıqları matçı belə şərh edib:
"İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər. Qış fasiləsində yaxşı məşq etdik, şərait də yaxşı idi”.