İki futbolçuya bir oyunluq cəza
- 16:00
- 33
AFFA İntizam Komitəsinin iclası keçirildi
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 15-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Araz Saatlı” – “Şirvan” oyununda “Şirvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib. “Şirvan”ın futbolçusu Elcan Rəsulov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şirvan” komandası 50 manat cərimə edilib.
“Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Şəmkir” – “Sheki City” oyununda “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib. “Şəmkir”in futbolçusu Hüseyn Atayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şəmkir” komandası 100 manat cərimə edilib.