"Qalatasaray" PSJ-nin hücumçusu Mauro İkardidən vaz keçmək istəmir.

Rekord.az xəbər verir ki, İstanbul klubunun rəsmiləri argentinalı forvardı icarəyə götürmək üçün futbolçunun agenti və xanımı Vanda Nara ilə Parisdə görüşüb.

PSJ-də stabil oynamaq imkanı az olan forvard özü də komandasını dəyişmək istəyir.

Əgər danışıqlar müsbət yekunlaşsa, İkardi mövsümün sonuna qədər "Qalatasaray"da icarə əsasında çıxış edəcək.