5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Şəmkir Olimpiya İdman Kompleksində Şəmkir rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin 2010-2011-ci il təvəllüdlü futbol qrupları arasında turnir keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 6 komanda iştirak etmişdir.

Turnirdə 1-ci yer Mahmudlu, 2-ci yer Təzəkənd, 3-cü yer Kür komandaları layiq görülmüşdür.