Son mövsümün yekunlarına görə II Liqanı tərk edən "Araz Saatlı"nın gələcək taleyi sual altındadır.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik yeni mövsümdə "Region Liqası"nda çıxış etmək üçün Saatlı Rayon İcra Hakimiyyətinə müraciət edib. Ki, maddi köməklik göstərsinlər. Əgər icra hakimiyyəti müsbət cavab versə, komanda yaşacaq. Əks halda "Araz Saatlı" fəaliyyətini dayandıracaq.