Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov eyniadlı komandaya mükafat ödəyib.

Rekord.az xəbər verir ki, vəsait Premyer Liqanın ilk turuna görə ayrılıb.

Belə ki, “Şamaxı” yeni mövsümün açılış həftəsində “Neftçi”ni qəbul edib və 0:1 hesabıyla uduzub.

Rayon rəhbəri məğlubiyyətə rəğmən, komandanın oyunundan razı qalıb və futbolçuların hər birinə 500 manat verib. (sportinfo.az)