
Hüseynovun komandasından Konfrans Liqasında növbəti uğur
- 00:56
- 39
Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi "Arda" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu qələbə ilə başa vurub.
Rekord.az xəbər verir ki, Boqlarıstan təmsilçisi səfərdə Litvanın "Kauno Jalgiris" komandasının qonağı olub.
Görüş Cəlalın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov matçı əvəzolunmadan keçirib. Yığmamızın futbolçusu 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Komandalar arasında cavab oyunu avqustun 14-də Bolqarıstanda keçiriləcək.