
Hüseynovun komandası Konfrans Liqasında mərhələ adladı
- 00:36
- 52
Azərbaycanlı futbolçu Cəlal Hüseynov UEFA Konfrans Liqasında mərhələ adlayıb.
Rekord.az xəbər verir ki, onun çıxış etdiyi Bolqarıstanın "Arda" komandas Finlandiya klubu HJK-nı mübarizədən kənarlaşdırıb.
Komandalar arasında keçirilən hər iki oyun heç-heçə başa çatıb - 0:0, 2:2. Yekunda qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan Cəlalın komandası 4:3 hesabı ilə qalib gələrək, 3-cü mərhələyə yüksəlib.
Millimizin müdafiəçisi bu oyunda 120 dəqiqə meydanda olub.
"Arda" növbəti mərhələdə "Kauno Jalgiris" (Litva) ilə qarşılaşacaq.