Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 2-ci tur matçına çıxıb.


Rekord.az xəbər verir ki, komanda evdə “Lokomotiv”lə (Sofiya) qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.


Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.


“Arda” hazırda turnir cədvəlində 1 xalla 13-cüdür.