Türkiyədə qadın voleybolçuların çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, qonşu ölkə birinciliyində çıxış edən  Azərbaycan yığmasının üzvü Yekaterina Jidkovanın komandası "Nilufer BLD" 11-ci turda "Beşiktaş"la qarşılaşıb.

Səfərdə baş tutan oyun "Nilufer BLD" üçün uğurlu alınıb. Görüşə yaxşı başlayan Katerina və rəfiqələri təşəbbüsü sonadək qoruyublar və meydan sahiblərinə yalnız bir set qazanmağa imkan veriblər. 4 hissə davam edən matçda hücumçumuzun komandası 3:1 (25:14, 25:18, 21:25, 25:15) hesablı qələbəni bayram edib.

Komandasının səfərdə qələbə qazandığı oyunda millimizin üzvü 11 dəfə fərqlənib. Jidkova bu xallardan 8-ni hücumda, 2-ni blokda, 1- ni isə eyslə qazanıb.