“Şəfa” fasilə zamanı yoxlama oyunu keçirəcək
- 17:00
- 36
Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün “Şəfa”nın planı bəlli olub.
Rekord.az xəbər verir ki, 5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib.
Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.
Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə “Şəfa”nın rəqibi “İmişli” olacaq.