Məşqçilər üçün “Təhlükəsiz idman” mövzusunda təlim keçirilib
- 19:40
- 34
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib.
Bu barədə Rekord.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən bildirilib.
Təlimi təhlükəsiz idman üzrə məsul şəxs Vüsal Baloğlanov keçib.
Tədbirdə məşqçilərə müxtəlif suallar ünvanlanıb, idman mühitində qarşılaşa biləcək situasiyalar üzrə praktiki tapşırıqlar təqdim olunub.
İştirakçılar real vəziyyətlərin necə qiymətləndirilməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparıblar.