Təcavüzkar davranış 6 oyunluq cəza ilə bitdi
- 13:20
- 29
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci Liqanın 3-cü turu ilə aşağıdakı qərarlar qəbul edilib:
“Karvan-Yevlax”– “Zaqatala” oyununun 6-cı dəqiqəsində “Zaqatala” komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyunluq cəza alıb, “Zaqatala” komandası 1000 manat cərimə edilib.
“Mingəçevir”– “Gəncəbasar” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.
“Baku Sportinq”– “Səbail” oyununun 21-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Səbail” komandası 900 manat cərimə edilib.
“Xankəndi”– MOİK oyununda “Xankəndi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilib.