“İmişli”nin futbolçusuna 4 oyunluq cəza
- 12:40
- 34
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 6-cı turu ilə aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz”– “Zirə” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilib.
“Sabah”– “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.
“Sabah”– “İmişli” oyununun 90+1-ci dəqiqəsində “İmişli” komandasının 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb, “İmişli” komandası 10000 manat cərimə edilib.
“Şamaxı”– “Araz-Naxçıvan” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilib.
“Şamaxı”– “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.
“Kəpəz”– “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilib.