
Holand İspaniyada özünə ev aldı
- 07 Mar 2022 16:00
- 474
Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand İspaniyada ev alıb.
Rekord.az xəbər verir ki, 21 yaşlı norveçli futbolçu İspaniyanın onun ikinci vətən ola biləcəyinə əmindir.
Holand evi Marbela şəhərinin Naqueles bölgəsində alıb. Evin qiyməti 6,5 milyon avrodur.
Norveçli hücumçunun ailəsi Milad bayramlarını bir neçə dəfə Marbelada qeyd edib. Daha əvvəl məlumat yayılmışdı ki, "Real" və "Barselona" Holandla maraqlanır.
Holand Almaniya klubuna 2020-ci ilin yanvarında “Salzburq”dan keçib. Norveçlinin müqaviləsi 2024-cü ilin yayında başa çatır.