
Höccət Haqverdi Azərbaycan millisindən imtina etdi ÖZƏL!
- 08 Avq 2022 16:00
- 731
Bu yaxınlarda "Sumqayıt"dan ayrılaraq "Traktor"la müqavilə bağlayan Höccət Haqverdi Azərbaycan millisində oynamaqdan imtina edib.
Rekord.az-a AFFA-ya yaxın mənbədən ötürülən məlumata görə, bununla bağlı rəsmi açıqlama olmasa da, futbolçu özü federasiya rəhbərliyi ilə əlaqə saxlayaraq Azərbaycan millisinə çağırılmamasını xahiş edib.
Futbolçu İran çempionatında oynaya-oynaya Azərbaycan millisinə dəvət almasının İranda ona problem yaradacağından narahatdır.