
Hidayət Heydərov AÇ-də iştirak etməyəcək
- 22 Apr 2025 15:30
- 118
Avropa çempionatında çıxış edəcək cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Rekord.az xəbər verir ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Onu yarışda Rəşid Məmmədəliyev (73 kq) əvəzləyəcək.
Cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-27-si aralığında Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.