Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol  turnirinin ilk mərhələsi başa çatıb.

Rekord.az xəbər verir ki, 52 dövlət qurumunun 4 qrupda mübarizə apardığı birinci mərhələdən sonra 32 komanda ilkin play-off mərhələsinə vəsiqə qazanıb.

Bir oyundan ibarət bu mərhələdə 16 qalib komanda turnirin ikinci mərhələsində mübarizəni davam etdirəcək.

Dünən 32 komanda nümayəndələri ilə görüş keçirilib. Görüşdə Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov növbəti mərhələyə vəsiqə qazanmış komandaları təbrik edib. Həmçinin komanda nümayəndələrinin təklif və rəyləri dinlənilib. Əsasnaməyə əsasən, növbəti mərhələnin qaydaları komandalara izah edilib və onların sualları cavablandırılıb.