Gürcüstanın birinci divizionunda 34-cü turun görüşləri keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyii "Samtredia" evdə "Qaqra"ya 3:0 hesabı ilə qalib gəlib.

Qurbanov oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 37-ci dəqiqədə ilk qolun müəllifi olub.

Bu ilin yayından "Samtredia"da oynayan Nicat 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Samtredia" 71 xalla ikinci yerdə qərarlaşıb. Turnir cədvəlinə 81 xalla Tbilisinin "Merani" klubu başçılıq edir.