Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Rekord.az turnirin saytına istinadən xəbər verir ki, siyahıda Fred (“Mançester Yunayted”), Edin Vişça (“Başakşəhər”), Kay Haverts (“Bayer”) və Conatan Kalyeri (“Espanyol”) yer alıb.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.