Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand dünyanın ən çox məvacib alan futbolçu ola bilər.

Rekord.az xəbər verir ki, amma bunun üçün norveçli futbolçu"Mançester Siti"nin təklifini qəbul etməlidir.

Məlumata görə, “şəhərlilər” ona həftəlik 600 min avro maaş təklif ediblər.

“Siti” rəhbərliyi ən yaxın müddətdə təkliflərinə cavab gözlədiklərini bildiriblər.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, “şəhərlilər” norveçli hücumçu ilə müqavilə imzalamaq üçün maliyyə imkanlarına malikdirlər. Hətta o da qeyd olunurdu ki, tərəflər ilkin müqavilə şərtlərini də razılaşdırıblar.

Norveçlinin müqaviləsi 2024-cü ilin yayında başa çatır.