 
        Hakimlərin qonorarları ödənmir?
- 21 Fev 2020 17:00
- 1116
Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər qonorarlarını vaxtında ala bilmirlər.
Rekord.az xəbər verir ki, AFFA-ya yaxın mənbədən cempion.az-a ötürülən məlumata görə, son iki turun ödənişlərində ciddi gecikmələr olub.
Bunun maddi sıxıntı ilə bağlı olub-olmadığı bəlli  deyil. Bəlli olan odur ki, gecikmələr hakimlərin narazılığına səbəb olub.
 
                 
                         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        