Futbol hakimlərimizin uzun fasilədən sonra Antalya səfərini heç də uğurlu adlandırmaq olmaz.

Rekord.az xəbər verir ki, səbəb tək onunla bağlı deyil ki, bizimkilər toplanış çərivəsində oyun idarə etməyiblər.

Səfər digər təşkilati məsələlər baxımından da biabırçılıqla yadda qalıb. Belə ki, hakimlərimiz Antalyada qalacaqları "Titanik" otelinə çatanda məlum olub ki, onların qeydiyyatı bir gün sonradan başlayır. Yəni ədalət təmsilçilərimiz səfərə otel sifarişi qeydə alınan tarixdən bir gün öncə yollanıb. Nəticədə oteldə boş yer olmadığı üçün çıxılmaz vəziyyətdə qalıblar. Uzun sürən çək-çevirdən sonra otel rəhbərliyi hakimlərimizi, eləcə də nümayəndə heyətinin digər üzvlərini otelin müxtəlif texniki otaqlarına yerləşdrməyə məcbur olub və bizimkilər gecəni bu vəziyyətdə birtəhər yola verməyə məcbur olub.