İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda Birinci Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

MOİK – “Qaradağ Lökbatan” oyununun 90+1-ci dəqiqəsində MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, MOİK klubu 400 manat cərimə edilib.

MOİK – “Qaradağ Lökbatan” oyununun 90+4-cü dəqiqəsində MOİK klubunun 5 nömrəli futbolçusu Nazim Məmmədzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, MOİK klubu 200 manat cərimə edilib.

MOİK – “Qaradağ Lökbatan” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə MOİK klubu 80 manat cərimə edilib.

MOİK – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun futbolçuları meydançanın kənarında isinmə hərəkəti zamanı qaydaları pozduğuna görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilib.

MOİK – “Qaradağ Lökbatan” oyununun 90+8-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 19 nömrəli futbolçusu Rayan Quibero rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Karvan” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Karvan” – “Araz Saatlı” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.

“İrəvan” – “Mingəçevir” oyununda “İrəvan” klubu protokolu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilib.

“İrəvan” – “Mingəçevir” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilib.

“Zaqatala” – “İmişli” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

“Zaqatala” – “İmişli” oyununda “İmişli” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilib.