Hakimi təhqir etdi, 4 oyun cəza aldı
- 15:00
- 30
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Əvəzedicilər Liqasının 16-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah-2” komandasının 24 nömrəli futbolçusu Emil Əmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəza alıb, “Sabah-2” komandası 1000 manat cərimə edilib.
“Qarabağ-2” – “Qəbələ-2” oyununun 80-ci dəqiqəsində “Qarabağ-2” komandasının 25 nömrəli futbolçusu Cavid Məlikov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Qarabağ-2” komandası 50 manat cərimə edilib. “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilib.